Menyu

Maliyyə Nazirliyi tərəfindən depozit hərracı keçirilib

Əsəd Abbaslı
Maliyyə Nazirliyi tərəfindən depozit hərracı keçirilib

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.

Nazirlikdən Operativ Media-a bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcəkdir.

Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər