Menyu

Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb

Nərmin Qocamanlı
Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb

Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon manat vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Operativ Media-ya verilən məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 10 faiz və ya 4,6 milyon manat çoxdur.

Ödənilən vergilərin 63,8 faizi qeyri-dövlət sektorunun, 36,2 faizi isə dövlət sektorunun payına düşüb.

Teqlər:

"Nax\u00e7\u0131vanda vergi daxilolmalar\u0131 10 faiz art\u0131b"

Əlaqəli Xəbərlər