Menyu

AMB iki valyuta mübadiləsi məntəqəsinə icrası məcburi göstəriş verib

AMB iki valyuta mübadiləsi məntəqəsinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) valyutua mübadiləsi xidməti göstərən “Eliko” və “Meta-Kapital” MMC-lərə icrası məcburi göstəriş verib.

Operativ Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, həmin şirkətlər bu il fevral ayının sonuna aylıq hesabatlarını “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələblərini pozmaqla təqdim edib. Odur ki, “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci maddəsinin tələbləri rəhbər tutularaq maliyyə bazarı iştirakçılarına hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Teqlər:

"AMB iki valyuta m\u00fcbadil\u0259si m\u0259nt\u0259q\u0259sin\u0259 icras\u0131 m\u0259cburi g\u00f6st\u0259ri\u015f verib"

Əlaqəli Xəbərlər