Nazir: 2021-2024-cü illərdə 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 950 milyon ₼-a yaxın olan 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
OperativMedia xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz X-hesabında paylaşım edib.
"Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb.Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 8.868 iş yerinin yaradılması nəzərdə tutulur"- məlumatda qeyd olunub.
Teqlər:
"Nazir: 2021-2024-c\u00fc ill\u0259rd\u0259 94 sahibkarl\u0131q subyektin\u0259 rezidentlik statusu verilib"