Menyu

AMB və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb

AMB və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə edilib:

"Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcəkdir. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaqdır", - deyə o paylaşımda qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər