Menyu

Rusiya səfiri: Qərbin vədləri heç vaxt heç kimin təhlükəsizliyini təmin etməyib

Əsəd Abbaslı
Rusiya səfiri: Qərbin vədləri heç vaxt heç kimin təhlükəsizliyini təmin etməyib

"Qərbin vədləri heç vaxt heç kimin təhlükəsizliyini təmin etməyib"

Operativ Media xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24News” portalına müsahibəsində belə deyib.

O bildirib ki, Qərbdən fərqli olaraq, İrəvanla Moskva arasında razılaşmalar var və 102-ci Rusiya hərbi bazası Ermənistanda yerləşir.

Diplomat deyib: “Mən bildiyimə görə, Qərb və ümumiyyətlə heç kim Ermənistana, Rusiya-Ermənistan münasibətlərindəki olduğu kimi, təhlükəsizlik zəmanəti verməyib. Hər halda, mən heç bir sənəd və ya bəyanat görməmişəm”.

Kopırkin vurğulayıb ki, Moskva ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əsas razılaşmalar qüvvədə qalır və Rusiya hərbçilərinin oranı tərk etmək niyyəti yoxdur. Üstəlik, onların, eləcə də Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər