Orta dəhlizlə bu il 4 mln. tondan artıq yük daşınacaq
2025-ci il üçün Orta Dəhliz üzrə yükdaşıma planına əsasən 4,2 mln. ton yükün nəqli gözlənilir.
Operativ Media xəbər verir ki, bunu "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.
Onun sözlərinə görə, qeyd olunan həcmin 2,5 mln tonu quru, 1, 7 mln. tonu isə neft yüklərinin payına düşəcək.
Baş katib onu da vurğulayıb ki, otən il Orta dəhliz vasitəsi ilə 3 332 min ton yük daşınıb, bunu da 1 857 min tonu quru yüklərin payına düşüb.
Qeyd edək ki, bu gün Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib.
Teqlər:
"Orta d\u0259hlizl\u0259 bu il 4 mln. tondan art\u0131q y\u00fck da\u015f\u0131nacaq"