Menyu

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları ilə bağlı vaqon fondu yaradıla bilər

Nərmin Qocamanlı
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları ilə bağlı vaqon fondu yaradıla bilər

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yükdaşımaların həcmi hər il artdığı üçün yük vaqonlarından ibarət fondun yaradılması məsələsi ortaya çıxıb.

Operativ Media xəbər verir ki, bu sözləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosasiyasının baş katibi Heydər Abdikərimov təşkilatın Bakıda keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, Orta Dəhliz marşrutu üzrə vaqon fondunun formalaşdırılması, o cümlədən “Qazaxıstan Dəmir Yolu” tərəfindən Azərbaycan və Gürcüstan Dəmir Yolları üçün vaqon dəstəyinin təmin edilməsi məsələlərinə baxılmalıdır.

Baş katib nəzərə çatdırıb ki, “Qazaxıstan Dəmir Yolları” “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon yardımı göstərəcək.

H.Abdikərimov çıxışında onu da bildirib ki, cari ildə assosasiyanın Çinin Siyan şəhərində ofisinin açılması da planlaşdırılıb: “Çində ofisin açılması Avropada və Asiyanın digər dövlətlərində tranzit və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin yükdaşıma işlərini asanlaşdıracaq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər