Avstraliyaya aid təyyarə qəza enişi edib
Avstraliyada Sidney- Perz hava marşrutu ilə uçan sərnişin təyyarəsi qalxdığı hava limanına təcili eniş edib.
Operativ Media xəbər verir ki, bu haqda “9news” telekanalı məlumat yayıb.
İnsident yerli vaxtla 08:40 radələrində baş verib. Avstraliyanın ən iri hava yollar şirkəti olan “Qantas”a məxsus hava gəmisi səmaya qalxandan bir müddət sonra pilot kabinasındakı cihazlardan birindən tüstü çıxmağa başlayıb və pilotlar təyyarəni 25 dəqiqədən sonra həmin aeroporta təcili endirməyə məcbur qalıb.
Telekanalın verdiyi məlumata görə, eniş zamanı hər hansı problem yaranmayıb, təyyarəni qəza-xilasetmə xidmətinin xilasediciləri qarşılayıb.
Zərərçəkənlərin olmadığı deyilir. Göyərtədə meydana gələn tüstünün mənbəyi araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net