Menyu

Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib

Kanadanın baş naziri Castin Trüdo Rusiya Federasiyasından 10 fiziki şəxs və 21 şirkətə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bununla bağlı məlumat onun rəsmi saytında dərc olunub.

Sənədin mətnində qeyd olunur ki, Kanadanın baş naziri bu tədbirləri Londonda Ukraynaya təhlükəsizlik və dəstək üzrə Avropa sammiti zamanı bəyan edib. 

Sanksiyalar Rusiyanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün üçüncü tərəf şirkətləri ilə əməkdaşlığının qarşısını almaq məqsədi daşıyır.

Ümumilikdə Kanadanın anti-Rusiya tədbirləri Rusiya Federasiyası ilə əlaqəli 3000-dən çox şəxsə və təşkilata təsir edib. Ölkə tərəfdaşları ilə birlikdə Moskvaya iqtisadi təzyiqləri artırmaq niyyətindədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər