Bəşər Əsəd dövründə hərbi aerodromda həbsdə saxlanılan 1000-dən çox suriyalı ölüb
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə edamlar, işgəncələr nəticəsində Dəməşqin kənarındakı Mezze hərbi aerodromunda həbsdə saxlanılan mindən çox Suriya vətəndaşı həlak olub.
Operativ Media Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-də yerləşən Suriya Ədalət və Hesabatlılıq Mərkəzinin (SJAC) insan haqları təşkilatının hesabatında bildirilib.
Məlumata görə, Əsəd hökuməti Mezze hərbi aerodromundan məhbusları saxlamaq üçün istifadə edib. Hesabat müəllifləri iddia ediblər ki, 2011-2017-ci illərdə orada azı 29 min məhbusu saxlanıb.
Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatlarının təhlilinə istinad oilunan hesabatda 2011-2017-ci illər arasında həmin aerodromda 1 154 məhbusun öldüyü qeyd edilib. Bundan əlavə, tədqiqat qrupu sağ qalan 156 nəfər və Suriya təhlükəsizlik xidmətinin səkkiz keçmiş əməkdaşı ilə müsahibə aparıb.