Britaniyanın Baş naziri Avropa liderləri ilə görüşünü təsdiqləyib
Əsəd Abbaslı
Böyük Britaniyanın Baş naziri Kir Starmer gələn həftə sonu Ukraynadakı münaqişəni müzakirə etmək üçün Avropa liderlərinin görüşünü təsdiqləyib.
Operativ Media TASS-a istinadən xəbər verir ki, o bu haqda mətbuat konfransında danışıb.
“Mövcud vəziyyət fonunda müttəfiqlərlə necə irəliləyəcəyimizə dair müzakirələri davam etdirmək üçün həftə sonu bir sıra ölkələri qəbul edəcəyəm”, – Starmer qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Britaniya hakimiyyətinin Avropa liderləri səviyyəsində görüşün təşkili ideyasını nəzərdən keçirdiyi bildirilirdi. Görüşün məqsədi isə Ukrayna ətrafındakı vəziyyəti nizamlamaq olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net