Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Lavrov iranlı həmkarı Abbas Əraqçinin dəvəti ilə bu gün Tehrana işgüzar səfərə gedəcək. Tərəflər Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini müzakirə edəcəklər.
Qeyd edək ki, Rusiya XİN rəhbəri ötən gün Türkiyəyə səfərə gəlib. Sergey Lavrov Ankarada Türkiyə XİN rəhbəri ilə görüşüb, daha sonra Türkiyə Prezidenti tərəfindən qəbul edilib.
Teqlər:
"Lavrov bu g\u00fcn \u0130rana s\u0259f\u0259r ed\u0259c\u0259k"