Menyu

Tramp müharibəyə görə Baydeni və Zelenskini günahlandırıb

Əsəd Abbaslı
Tramp müharibəyə görə Baydeni və Zelenskini günahlandırıb

ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin başlanmasında günahkar kimi Rusiyanı deyil, sələfi Co Bayden və Ukrayna lideri Volodimir Zelenskini göstərib.

Operativ Media xəbər verir ki, o, bu barədə "Fox News" telekanalında bildirib.

“Bayden səhv sözlər dedi, Zelenski yanlış sözlər dedi. Onlara daha böyük və daha güclü biri hücum etdi, bu pisdir və edilməməlidir, lakin Rusiyanı bundan o qədər asanlıqla çəkindirə bilərdilər ki, müharibə olmasın”, - deyə Tramp qeyd edib. 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukrayna ilə bağlı obyektiv məlumat almağa başladığını bəyan etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər