Menyu

ABŞ yarım milyona yaxın haitilini deportasiya edəcək

Əsəd Abbaslı
ABŞ yarım milyona yaxın haitilini deportasiya edəcək

ABŞ hökuməti avqust ayında ölkədə yaşayan 500 minə yaxın haitilinin Müvəqqəti Qorunmuş Statusunu (TPS) - yəni onlara deportasiya olunmaqdan möhlət verən imtiyazı ləğv edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə BBC ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir qərar Haitidə (Birləşmiş Millətlər Təşkilatının statistikasına əsasən) quldur dəstələrinin paytaxtın 85%-i idarə etməsi və təkcə ötən il azyaşlılara qarşı cinsi zorakılığın 1000% artması fonunda gəlib.

Qeyd edilir ki, Donald Tramp Ağ Evə gələndən bəri miqrasiya sistemində ciddi islahatlar aparır və ölkədə kütləvi deportasiyaların həyata keçiriləcəyini vəd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər