Menyu

Dövlətə xəyanət maddəsi Gürcüstanın Cinayət Məcəlləsinə bərpa olunacaq

Əsəd Abbaslı
Dövlətə xəyanət maddəsi Gürcüstanın Cinayət Məcəlləsinə bərpa olunacaq

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası dövlətə xəyanət maddəsini cinayət məcəlləsinə qaytarmaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

Mdinaradze parlament çoxluğunun iclasının yekunlarına dair brifinqdə deyib: “Bizim qərara əsasən, Milli Hərəkat tərəfindən vaxtilə çıxarılan vətənə xəyanətlə bağlı maddə Gürcüstanın Cinayət Məcəlləsinə əlavə olunacaq, daha dəqiq desək, bərpa olunacaq”.

Keçmiş hakim "Vahid Milli Hərəkat" partiyası bu maddəni 2008-ci ildə Cənubi Osetiyada müharibə başlamazdan əvvəl - 2007-ci ilin aprelində cinayət məcəlləsindən çıxarıb ki, bu da simvolik xarakter daşıyır. Müvafiq qanun layihəsi bu həftə parlamentə baxılmaq üçün təqdim olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər