Menyu

Ötən il satınalmalar sahəsində 1409 qanun pozuntusu qeydə alınıb

Redaksiya
Ötən il  satınalmalar sahəsində 1409 qanun pozuntusu qeydə alınıb

Ötən il ərzində “etender.gov.az” portalının işi təkmilləşdirilib, dövlət qurumları ilə inteqrasiyaların həyata keçirilməsi üzrə tədbirlərə başlanılıb və ilkin olaraq Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirilib.

Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, sonra isə Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulur. İl ərzində satınalmalar sahəsində Dövlət Xidmətinə daxil olan 10595 yekun protokoldan 1409-da qanunvericiliyin tələblərinin pozulması hallarının aşkarlandığı, bu istiqamətdə müvafiq tədbirlərin görüldüyü qeyd olunub.

Teqlər:

"Ötən il satınalmalar sahəsində 1409 qanun pozuntusu qeydə alınıb"

Əlaqəli Xəbərlər