Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Nərmin Qocamanlı
Masallı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Teqlər:
"Q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs tutulub"