Menyu

Sabah Xətainin bəzi ərazilərində qaz olmayacaq

Nərmin Qocamanlı
Sabah Xətainin bəzi ərazilərində qaz olmayacaq

Bu barədə "Operativ Media"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Xətai rayonunun Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə noyabrın 26-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə 8 Noyabr, Oksigen, Qədir Məmmədov, Altay Məmmədov, Qvardiya, Sadıqcan, Cavanşir və Ramiz Quliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Sabah X\u0259tainin b\u0259zi \u0259razil\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər