Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
Əsəd Abbaslı
"Operativ Media"xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Azəriqaz" İB-nin razılıq məktubuna əsasən vətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76 mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinin dəyişdirilməsi məqsədilə əlaqədar olaraq, noyabrın 21-i saat 14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılov küçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi və F.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Teqlər:
"\u015eirvan \u015f\u0259h\u0259rinin b\u0259zi \u0259razil\u0259rind\u0259 qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"