Menyu

Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Noyabrın 20-si saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.

Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub.

Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"Da\u011fl\u0131q rayonlarda 5 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k \u015faxta qeyd\u0259 al\u0131n\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər