Noyabrın 18-də Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Nərmin Qocamanlı
Noyabrın 18-də Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir.
"Operativ Media" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.
AYNA bildirir ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
Teqlər:
"Noyabr\u0131n 18-d\u0259 Bak\u0131da daha iki avtobus mar\u015frutunun f\u0259aliyy\u0259ti b\u0259rpa edilir"