Ölkə ərazisində hava yağmursuz keçib - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə “Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.
Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 hava ya\u011fmursuz ke\u00e7ib - FAKT\u0130K\u0130 HAVA"