Menyu

“Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir” - Hikmət Hacıyev

“Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir” - Hikmət Hacıyev

“Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir.

 "Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki səhifəsindəki paylaşımda qeyd edib.

Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika da verilib.

O, Azərbaycanın hələ də Ermənistanın 30 ildir davam edən hərbi işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib:

“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalının nəticələrindən əziyyət çəkir”.

Məlumatda qeyd olunub ki, 2020-ci ilin ilin 10 noyabrından sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslər olub.

10 noyabrdan sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb.

Qeyd edilib ki, 1991-ci ildən bəri ANAMA tərəfindən 3400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaq, 38-i qadın olub.

Teqlər:

"\u201cAz\u0259rbaycanda mina qurbanlar\u0131n\u0131n say\u0131 artmaqda davam edir\u201d - Hikm\u0259t Hac\u0131yev"

Əlaqəli Xəbərlər