Menyu

Payız tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb

Əsəd Abbaslı
Payız tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

Bildiririk ki, bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr 2024-cü il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr 2024-cü il tarixdə olacaq.

Qeyd edirik ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

Teqlər:

"Pay\u0131z t\u0259tilind\u0259n sonra m\u0259kt\u0259bl\u0259rd\u0259 ilk d\u0259rs g\u00fcn\u00fcn\u00fcn vaxt\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər