Menyu

Bu gün Yasamalın bəzi küçələrində qaz olmayacaq

Nərmin Qocamanlı
Bu gün Yasamalın bəzi küçələrində qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu, H.Zərdabi küçəsi 45 və 47 küçələrində dairəvi sistemin yaradılması ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonunun H.Zərdabi, M.Seyidov, Z.Xəlilov və N.Şəhriyar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bu g\u00fcn Yasamal\u0131n b\u0259zi k\u00fc\u00e7\u0259l\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər