Menyu

Bakıda və Abşeronda külək güclənib - YENİLƏNİB

Əsəd Abbaslı
Bakıda və Abşeronda külək güclənib - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.

Qurumdan "Operativ Media"a bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.

Noyabrın 4-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

16:20

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Qurumdan "Operativ Media"a verilən məlumatda bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bundan başqa noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Teqlər:

"Bak\u0131da v\u0259 Ab\u015feronda k\u00fcl\u0259k g\u00fccl\u0259nib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər