Menyu

"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Əziz Əzizli
"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) gücləndirilmiş iş rejiminə keçib.

"Operativ Media" xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejiminə 1 noyabr tarixindən keçib.

Azər Fərəcov qeyd edib ki, gücləndirilmiş iş rejiminə keçid çərçivəsində stansiya və dayanacaqlarda əməkdaşların sayı artırılıb, onlar üçün müvafiq təlimlər keçirilib.

"Həmçinin təhlükəsizlik tədbirləri də gücləndirilib", - Azər Fərəcov vurğulayıb.

Teqlər:

"\"Az\u0259rbaycan D\u0259mir Yollar\u0131\" COP29-la \u0259laq\u0259dar g\u00fccl\u0259ndirilmi\u015f i\u015f rejimin\u0259 ke\u00e7ib"

Əlaqəli Xəbərlər