FHN: Ötən gün köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 nəfərin liftdə qalması, Suraxanı rayonu ərazisində mənzildə 2 azyaşlının bağlı qapı arxasında qalması, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
"Operativ Media" FHN-nə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.
Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib.
Teqlər:
"FHN: \u00d6t\u0259n g\u00fcn k\u00f6m\u0259ksiz v\u0259ziyy\u0259td\u0259 qalan 3 n\u0259f\u0259r xilas edilib"