Menyu

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Nərmin Qocamanlı
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.

Teqlər:

"Yevlaxda narkotik vasit\u0259nin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər