Menyu

Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır - YENİLƏNİB

Əsəd Abbaslı
Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır - YENİLƏNİB

COP29-la əlaqədar Bakıda daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək minik avtomobilləri də istifadə edə bilər.

Bu barədə "Operativ Media"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

1 noyabr tarixindən isə 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Qurum hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.

19:08

Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarında sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək.

"Operativ Media" xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.

COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq

Teqlər:

"Bak\u0131dak\u0131 COP29 zolaqlar\u0131nda minik avtomobili il\u0259 h\u0259r\u0259k\u0259t dayand\u0131r\u0131l\u0131r - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər