Menyu

Masazırda ikimərtəbəli evdə yanğın olub

Əziz Əzizli
Masazırda ikimərtəbəli evdə yanğın olub

Abşeron rayonu Masazır qəsəbəsində yanğın olub.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində mətbəxin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, hamam otağının lambirdən ibarət tavanı 10 m² sahədə və dam örtüyünün taxta atmaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər:

"Masaz\u0131rda ikim\u0259rt\u0259b\u0259li evd\u0259 yan\u011f\u0131n olub"

Əlaqəli Xəbərlər