Menyu

Bakının Nəsimi rayonunda iki iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb

Nərmin Qocamanlı
Bakının Nəsimi rayonunda iki iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30a ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsrəfilov Nadir Nuru oğluna məxsus “Qəbələ” kafesində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan bir ədəd 1 litrlik "Absolut Vodka" əmtəə nişanlı, üç ədəd 0.5 litrlik, üç ədəd 1 litrlik, iki ədəd 0.7 litrlik “Banketnaya” əmtəə nişanlı, dörd 1 litrlik, iki ədəd 0.5 litrlik, bir ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı araq, bir ədəd 1 litrlik “Ballantines” əmtəə nişanlı, iki ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı, iki ədəd 1 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, üç ədəd 1 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, iki ədəd 0.5 litrlik, bir ədəd 1 litrlik “Jagermeister” əmtəə nişanlı likör məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Həmçinin Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 133 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəhmədov Murad Aydın oğluna məxsus “2/5 Mərtəbə” ictimai iaşə obyektində də yoxlama keçirilib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan, ümumilikdə beş ədəd “Jack Daniels”, “Olmeca Tequila Silver”, “Olmeca Tequila Blanco” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Belə ki, qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və digər) yoxlamaya təqdim edilməyib, bir qismində falqanın kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib.

Hər iki faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Teqlər:

"Bak\u0131n\u0131n N\u0259simi rayonunda iki ia\u015f\u0259 obyektind\u0259 saxta alkoqollu i\u00e7kil\u0259r a\u015fkarlan\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər