Menyu

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Nərmin Qocamanlı
Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Noyabrın 5-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində (link: https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Canlı yayım zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov, Elm-Tədris mərkəzinin rəisi Talıb Cəfərov, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Teqlər:

"Ba\u015f Prokurorlu\u011fun idar\u0259 r\u0259isl\u0259ri canl\u0131 yay\u0131mda suallar\u0131 cavabland\u0131racaq"

Əlaqəli Xəbərlər