Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
Əziz Əzizli
Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.
"Operativ Media" xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev Adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.