Menyu

Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun olub - VİDEO- YENİLƏNİB

Əsəd Abbaslı
Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun olub - VİDEO- YENİLƏNİB

Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, bunu açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub:

"Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".

O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır:

"Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".

22:11

Bakı Kənar Dairəvi yolda qaya parçalarının yola doğru sürüşməsi yolda avtomobillərin hərəkətinə mane olub.

"Operativ Media" xəbər verir ki, hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi davam etdirilir.

21:08

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsini müşahidə edib, dərhal aidiyyəti üzrə məlumat verməklə ərazini nəzarətə götürüblər.

Bu barədə "Operativ Media"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görür, hərəkətin nizamlanmasını təmin edirlər.

 

Teqlər:

"Bak\u0131 K\u0259nar Dair\u0259vi-1 avtomobil yolunun sol t\u0259r\u0259find\u0259ki yamacda u\u00e7qun olub - V\u0130DEO- YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər