Azad edilmiş ərazilərdə daha 205 mina, 2 777 PHS aşkarlanıb
Nərmin Qocamanlı
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.10.2024 - 27.10.2024) açıqlanıb.
ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 162 piyada əleyhinə mina, 43 tank əleyhinə mina, 2 777 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Teqlər:
"Azad edilmi\u015f \u0259razil\u0259rd\u0259 daha 205 mina 2 777 PHS a\u015fkarlan\u0131b"