Menyu

Sabunçu rayonunda yanmış kişi meyiti tapılıb

Sabunçu rayonunda yanmış kişi meyiti tapılıb

Bakı şəhərinin Sabuçu rayonunda kişi meyiti tapılıb.

"Operativ Media" xəbər verir ki, yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olmuşdur.

Meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər:

"Sabunçu rayonunda yanmış kişi meyiti tapılıb"

Əlaqəli Xəbərlər