Menyu

Babək prospektində obyektdə yanğın söndürülüb, yolda məhdudiyyət aradan qaldırılıb - VİDEO - FOTO

Əsəd Abbaslı
Babək prospektində obyektdə yanğın söndürülüb, yolda məhdudiyyət aradan qaldırılıb - VİDEO - FOTO

Yanğın səbəbindən Nizami rayonu, Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

20:00

Paytaxtın Nizami rayonunda iaşə obyektinin yanaması ilə bağlı saat 17:32-də FHN-in “112” qaynar xəttinə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğınsöndürənlər çağırışdan 4 dəqiqə sonra hadisə yerinə çatıb. Vəziyyət qiymətləndirilib və çoxsaylı çağırışla bağlı qərar qəbul olunub:

“Yanğının digər iaşə obyeltləri və fərdi yaşayış məskənlərinə keçməsinin qarşısı alınıb. Yanğın qısa nüddətdə məhdudlaşdırılaraq tam söndürülüb”.

Qeyd olunub ki, sahəsi 2000 kv/m olan iaşə obyektinin təminən 800 kv/m hissəsi yanıb.

Xəsarət alan olmayıb.

19:34

Babək prospektində yanğın söndürülüb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

19:08

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Operativ Media" xəbər verir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.

18:42

Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

"Operativ Media" xəbər verir ki, polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.

18:03

Paytaxtın, Xətai rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.

***

17:49

Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Teqlər:

"Bab\u0259k prospektind\u0259 obyektd\u0259 yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb yolda m\u0259hdudiyy\u0259t aradan qald\u0131r\u0131l\u0131b - V\u0130DEO - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər