“Qarabağ” uduzdu, Azərbaycanın mövqeyi dəyişmədi
Əziz Əzizli
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
"Operativ Media" xəbər verir ki, “Qarabağ” UEFA Avropa Liqasının liqa mərhələsində Bakıda “Ayaks"a 0:3 hesabı ilə uduzmasına baxmayaraq eyni mövqedə qalıb.
Hazırda ölkənin ümumi əmsalı 19,125-ə bərabərdir. 27-ci pillədə qərarlaşan Azərbaycan reytinqdə Bolqarıstanla eyni əmsala malikdir.
Reytinqə 94,303 əmsalla İngiltərə başçılıq edir. İtaliya (82,856) ikinci, İspaniya (77.275) isə üçüncü pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net