Binəqədidə boya sexindən 6000 manatlıq oğurluq edilib
Nərmin Qocamanlı
Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub. Polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.