Menyu

Azərbaycanda ən çox alınan mopedlər və qiymətləri

Azərbaycanda ən çox alınan mopedlər və qiymətləri

Son zamanlar ölkəmizdə mopedlərin sayı xeyli artıb. Bəs mopedlərin qiyməti nə qədərdir?

“Operativ Media” ən çox alınan mopedlərin qiymətini araşdırıb:

"Volta VS2" markalı moped mühərrikinin gücü 2000 Vt, maksimal sürət 45 km/s, maksimal məsafə (maks. enerji ilə) 60 km, akkumlyatorun tutumu 22 Ah, enerji yığma müddəti 6-8 saatdır. Bu mopedin qiyməti 2800 AZN-dən başlayır.

"YADEA C-Like" markalı mopedin mühərrik gücü 1200 Watt, maksimal sürəti 45 km/saat, enerji yığma müddət isə  3-4 saat olur. Qiyməti isə 2 300 manatdır.

"Chunlai CL-9N01" markalı mopedin qiyməti 3 200 AZN-dir. Bu mopedin mühərrikinin gücü 2100 Watt, maksimal sürəti 45 km/saatdır, enerji yığma müddəti isə 4-6 saat aralığındadır.

"Ultra CargoBox" markalı mopedin qiyməti isə 3700 azn-dir. Bu mopedin mühərrikinin gücü 2000 Watt, maksimal sürəti 50 km/saat, enerji yığma müddəti 6-8 saatdır.

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat ekspert Aslan Əsədov bildirib ki, ölkəmizdə mopedlərə təlabatın artması tıxacla əlaqədardır:

“Ölkəmizə mopedlər daha çox Çin Kareya və İspaniyada gətirilir. Mopedlərin qiymətləri müxtəlifdir. Qiymət 1500 manatdan 7000 manat aralığına qədər dəyişir. Bu gün Azərbaycanda mopedlərə xeyli dərəcədə təlabat var. Çünki, hazırda paytaxt Bakıda tıxac çoxdur. İnsanlar daha qısa yolla ünvana çata biləcək nəqliyyat vasitəsi axtarır. Ona  görə də gənclər arasında moped almağa təlabat artıb”, – deyə ekspert vurğulayıb.

Teqlər:

"Az\u0259rbaycanda \u0259n \u00e7ox al\u0131nan mopedl\u0259r v\u0259 qiym\u0259tl\u0259ri"

Əlaqəli Xəbərlər