Menyu

AZAL Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə aviabiletlərə endirim elan edib

Nərmin Qocamanlı
AZAL Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə aviabiletlərə endirim elan edib

Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.

AZAL-dan "Operativ Media"ya verilən məlumata görə, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:

Bakı-Ciddə:
- bir tərəfə 119 €-dan;
- gediş-dönüş 209 €-dan.

Ciddə-Bakı:
- bir tərəfə 129 $-dan;
- gediş-dönüş 229 $-dan.

Bakı-Bəhreyn:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.

Bəhreyn-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.

Bakı-Daşkənd:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.

Daşkənd-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.

Bakı-Ürgənc:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 169 €-dan.

Ürgənc-Bakı:
- bir tərəfə 89 $-dan;
- gediş-dönüş 179 $-dan.

Bakı-Bişkek:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.

Bişkek-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.

Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!

 

Teqlər:

"AZAL M\u0259rk\u0259zi Asiya v\u0259 Yax\u0131n \u015e\u0259rq \u015f\u0259h\u0259rl\u0259rin\u0259 aviabiletl\u0259r\u0259 endirim elan edib"

Əlaqəli Xəbərlər