Türkiyəli iki professor Qarabağ Universitetində fəaliyyət göstərəcək
Nərmin Qocamanlı
Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Vəli Universitetinin professorları Evrən Güçər və Metexan Tolon 2024/2025-ci tədris ilində Qarabağ Universitetində fəaliyyət göstərəcəklər.
"Operativ Media" xəbər verir ki, bu barədə Universitetin "Facebook" hesabında paylaşım edilib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov hər iki professorla görüşərək onları təbrik edib. Rektor professorlarla tədris, tədqiqat və idarəetmə sahəsində fəal iştirakları ilə bağlı fikir mübadiləsi apararaq, ali təhsil müəssisəsinin strateji hədəflərini diqqətə çatdırıb.
Teqlər:
"T\u00fcrkiy\u0259li iki professor Qaraba\u011f Universitetind\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259c\u0259k"