Menyu

Naxçıvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Naxçıvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Narkotiklərlə Mübarizə İdarəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Babək rayon sakini, 1972-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Babək rayonu  ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı  kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Narkotiklərlə Mübarizə İdarəsinin  əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və daşınmasında şübhəli bilinən Ş. Babayeva saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı karqo şirkətlərinin birindən əldə etdiyi bağlamada video kasetin içərisində gizlədilmiş marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı, araşdırmalar davam etdirilir.

Teqlər:

"Nax\u00e7\u0131vanda narkotik t\u0259rkibli bitkil\u0259rin kultivasiyas\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər