Menyu

DYP: Qeyri-sabit hava ilə bağlı yollarda qabaqlayıcı tədbirlər davam etdirilir

Əsəd Abbaslı
DYP: Qeyri-sabit hava ilə bağlı yollarda qabaqlayıcı tədbirlər davam etdirilir

Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, intensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaransa da, gücləndirilmiş iş rejimində çalışan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib. Qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılıb, yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb.

Teqlər:

"DYP: Qeyri-sabit hava il\u0259 ba\u011fl\u0131 yollarda qabaqlay\u0131c\u0131 t\u0259dbirl\u0259r davam etdirilir"

Əlaqəli Xəbərlər