Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edək ki, sürət həddi 21 oktyabr saat 12:30 radələrində endirilib.
Teqlər:
"Z\u0131\u011f dair\u0259si-Hava Liman\u0131 yolunda s\u00fcr\u0259t h\u0259ddi \u0259vv\u0259lki v\u0259ziyy\u0259tin\u0259 qaytar\u0131l\u0131b"