Menyu

AYNA: Hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb

Redaksiya
AYNA: Hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb

Ötən gündən paytaxtda davam edən güclü yağış səbəbindən nəqliyyatın hərəkətində çətinliklər var.

Bu barədə "Operativ Media"ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb.

"Hazırda marşrut xətləri mövcud şəraitə uyğun olaraq tənzimlənir və sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.Sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur.Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin. Yola çıxarkən hava şəraitini nəzərə alın və təhlükəsizlik qaydalarına riayət edin", - deyə qurumdan bildirilib.

Teqlər:

"AYNA: Hava \u015f\u0259raiti il\u0259 ba\u011fl\u0131 b\u0259zi mar\u015frutlarda interval f\u0259rql\u0259ri yaran\u0131b"

Əlaqəli Xəbərlər