Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB 1
Neft Emalı Zavodunda yanğın söndürülüb, xəsarət alan yoxdur.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Operativ Media" FHN məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
11:56
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
"Operativ Media" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.