Menyu

Yağışlı hava ilə əlaqədar məhdudiyyət tətbiq olunan yollar - SİYAHI

Nərmin Qocamanlı
Yağışlı hava ilə əlaqədar məhdudiyyət tətbiq olunan yollar - SİYAHI

Hal-hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur. Yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi əməkdaşları ilə birgə tədbirlər görürlər. 

Məhdudiyyət tətbiq edilən yollar:

1. Qara Qarayev prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, “Koroğlu” m/st istiqamətində;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

 Sıxlıq olan yollar:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 2. Babək prospekti, mərkəz istiqamətində;
 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Teqlər:

"Ya\u011f\u0131\u015fl\u0131 hava il\u0259 \u0259laq\u0259dar m\u0259hdudiyy\u0259t t\u0259tbiq olunan yollar - S\u0130YAHI"

Əlaqəli Xəbərlər